Главная > hadise > Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi

Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi


Сегодня, 11:39. Разместил: vasya
Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi


Bərdədə 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Miranə Nuruşova saxlanılıb.

Ondan satış məqsədilə əldə etdiyi ümumilikdə 10 kiloqramdan artıq marixuana və həşiş aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. M.Nuruşova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.
Вернуться назад