Главная > dunya > Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də varСегодня, 13:10. Разместил: vasya |
![]() Bu gün Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında görüşü olacaq. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. "Türkiyənin xarici işlər naziri Fidan hazırda Moskvada səfərdədir. O, prezidentimizlə görüş istəyib. Bu xahiş yerinə yetiriləcək. Prezidentimiz Türkiyə xarici işlər nazirini sabah axşam, təxminən saat 20:00-da Kazanda qəbul edəcək", - Uşakov qeyd edib. Diplomatik mənbələrin verdiyi məlumata görə, görüşdə Ankara-Moskva münasibətləri ilə yanaşı, Ukrayna, bütövlükdə Yaxın Şərqdəki vəziyyət, Cənubi qafqaz, xüsusən də İrəvanla-Bakı arasındakı sülüh prosesi, Mərkəzi Asiya, qlobal və regional məsələlər müzakirə olunacaq. Görüşdə hmçinin nazir Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanaın mesajlarını Putinə çatdıracaq. Uşakov qeyd edib ki, Vladimir Putin çərşənbə günü Rusiya-ASEAN sammitinin keçiriləcəyi Kazanda səfərdə olacaq. Вернуться назад |