Главная > sosial > Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏRСегодня, 10:53. Разместил: vasya |
![]() Bu ilin ilk dörd ayı ərzində 28 631 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9.4-dən 8.5-ə düşüb. Doğulan körpələrin 53.6 faizi oğlan uşaqları, 46.4 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 980-i əkiz, 39-u isə üçəmdir. Bundan başqa, bu ilin yanvar-aprel aylarında ölkədə 21 277 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6.1-dən 6.3-ə qədər artıb. Вернуться назад |