Главная > dunya > DÇ-2026: Türkiyə Paraqvaya məğlub oldu
DÇ-2026: Türkiyə Paraqvaya məğlub olduСегодня, 10:28. Разместил: vasya |
![]() 2026-cı il dünya çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib. Apasport xəbər verir ki, Türkiyə millisi Paraqvayla üz-üzə gəlib. Qarşılaşma Bakı vaxtı ilə saat 07:00-da start götürüb. Paraqvay oyuna qolla başlayıb. 64-cü saniyədə Qalarzanın qoluyla amerikalılar Türkiyə qarşısında 1:0 önə keçib. Gərgin keçən ilk hissənin sonlarında Paraqvay millisi azlıqda qalıb. Migel Almiron meydandan qovulub. Görüş 1:0 Paraqvayın qələbəsiylə başa çatıb. Bu nəticədən sonra Türkiyə millisinin növbəti mərhələyə yüksəlmə şansı qalmayıb. ABŞ-la oyun ay-ulduzluların mundialda son matçı olacaq. DÇ-2026 D qrupu, II tur 20 iyun 07:00. Türkiyə – Paraqvay 0:1 Qol: Qalarza, 2 Qırmızı kart: M. Almiron, 45+3 NRG Stadium (Hyuston) Türkiyə: Çakır, Müldür, Demiral, Bardakçı, Kadıoğlu, Yüksek, Çalhanoğlu, Akgün, Gülər, Yıldız, Aktürkoğlu Paraqvay: Qatito Fernandes, Alonso, Alderete, Qomez, Kaseres, Almiron, Qalarza, Kubas, Qomez, Ensiso, Pitta Вернуться назад |