Главная > idman > DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıbСегодня, 10:00. Разместил: vasya |
![]() Futbol üzrə dünya çempionatında Misir İranla qarşılaşıb. Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında bərabərlik qeydə alınıb - 1:1. Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub. Bu nəticənin ardından qrupdakı xallarının sayını 5-ə çatdıran Afrika təmsilçisi tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Komandanın bu raunddakı rəqibi Avstraliya seçməsi olacaq. Вернуться назад |