Главная > dunya > İran son itkilərini AÇIQLADI

İran son itkilərini AÇIQLADI


Сегодня, 11:48. Разместил: vasya
İran son itkilərini AÇIQLADI


ABŞ-nin zərbələri nəticəsində İranda iki gün ərzində 14 nəfər ölüb, 78 nəfər yaralanıb.

Bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranın beş əyalətinə zərbələr endirilib.

Nazirliyin rəsmi nümayəndəsi Hüseyn Kermanpur deyib ki, ABŞ-nin hücumları nəticəsində yaralanan 78 nəfərdən təxminən 47-si hələ də xəstəxanalardadır.

Qeyd edək ki, ABŞ ordusu son iki gecədə İrana zərbələr endirib. İran ordusu buna cavab olaraq bölgədəki Amerika bazalarına qarşı yeni əməliyyat həyata keçirildiyini açıqlayıb. İran ordusunun bəyanatında deyilir ki, ABŞ-ın Küveyt, Qətər və Bəhreyndəki bazaları PUA hücumuna məruz qalıb.
Вернуться назад