» » Ermənistan parlamenti Azərbaycanla sərhədin müəyyənləşməsini təcili müzakirə edəcək

Ermənistan parlamenti Azərbaycanla sərhədin müəyyənləşməsini təcili müzakirə edəcək

Ermənistan parlamenti Azərbaycanla sərhədin müəyyənləşməsini təcili müzakirə edəcək


Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə ediləcək.

Report xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Bildirilib ki, parlamentdəki müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyaları Ermənistanla delimitasiya və demarkasiya məsələləri üzrə qurumun təcili iclasını çağırıblar.

Vurğulanıb ki, reqlamentə əsasən, deputatların dörddə birinin tələbi ilə parlamentin növbəti təcili iclası keçirilə bilər.

Məlumata görə, parlamentin dördgünlük iclası aprelin 9-da başlayacaq, fövqəladə ilk sessiyaya Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət ediləcək.
Oxşar xəbərlər
«    Апрель 2024    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya