Главная > dunya > Türkiyə yenə silkələndi — 4.7 bal gücündə zəlzələ
Türkiyə yenə silkələndi — 4.7 bal gücündə zəlzələ24-02-2020, 10:18. Разместил: vasif |
![]() Türkiyənin qərbində 4.7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib. Məlumata görə, təkanlar yerli vaxtla saat 2: 43-də qeydə alınıb. Zəlzələnin episentri İzmir şəhərindən 89 kilometr şimal-şərqdə və Manisa şəhərindən 56 kilometr şimal-şərqdə yerləşib. Mənbənin dərinliyi 7 kilometr olub. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib. Вернуться назад |