Главная > dunya > Rusiyadan Donetskə raket hücumu: ölən və yaralananlar var
Rusiyadan Donetskə raket hücumu: ölən və yaralananlar var8-08-2023, 12:15. Разместил: vasif |
![]() Rusiya Ukraynanın Donetsk vilayətində yaşayış massivinə raket hücumu həyata keçirib. "Haberler.com" xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 31 nəfər yaralanıb. İlk hücumda 4 mülki vətəndaşın, ikinci hücumda isə 1 təcili yardım işçisinin həlak olduğu bildirilib. İki raketin istifadə edildiyi hücumda 5 mərtəbəli yaşayış binası zərər görüb. Klimenko bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Вернуться назад |