Главная > siyaset > Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər
Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər8-12-2025, 22:31. Разместил: vasya |
![]() Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər. Əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi. Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoydular. Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.(apa) ![]() ![]()
Вернуться назад |