Главная > idman > "Qarabağ"dan kimlər gedəcək?
"Qarabağ"dan kimlər gedəcək?25-02-2026, 14:22. Разместил: vasif |
|
"Qarabağ"da mövsümün sonunda köklü dəyişikliklər gözlənilir. Çempionlar Liqasında mübarizəni dayandıran Ağdam təmsilçisi növbəti mövsüm üçün hazırlıqlara başlayıb. Bəzi adlar artıq komandada olmayacaq: Bədavi Hüseynov: Karyerasını bitirəcəyi gözlənilir. Ramil Şeydayev: Mövsüm sonu müqaviləsi yenilənməyəcək. Bəhlul Mustafazadə: Gələcəyi qeyri-müəyyəndir, legioner həyatı yaşamaq istəyir. Sami Mmaye: İcarə müqaviləsi bitir, transfer hüquqları alınmayacaq. Kris Kuaku: Yayda icarəyə veriləcəyi və ya satılacağı gözlənilir. Fabian Buntiç: Yeni mövsümdə komandada qalma ehtimalı çox azdır. Marko Yankoviç və Mateuş Koxalski: Rəsmi təklif gələrsə, satılacaqlar. (fanat.az) Вернуться назад |