Главная > dunya > İsrail İranın mərkəzindəki hədəflərə qarşı yeni zərbələrə başlayıb
İsrail İranın mərkəzindəki hədəflərə qarşı yeni zərbələrə başlayıb9-03-2026, 09:50. Разместил: vasif |
![]() İsrailin Müdafiə Ordusu İranın mərkəzindəki infrastruktur obyektlərinə yeni hücumlara başlayıb. Bu barədə ordunun mətbuat xidməti xəbər verib. "İsrail Ordusu İranın mərkəzindəki infrastruktura qarşı əlavə hücum dalğasına başlayıb", - bəyanatda deyilir. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb. Вернуться назад |