Bizimhedef.az » dunya » İrandan "İsrail qərargahına" hücum: ABŞ konsulluğu yaxınlığında partlayış

İrandan "İsrail qərargahına" hücum: ABŞ konsulluğu yaxınlığında partlayış

  • 16-01-2024, 10:04
  • dunya
  • 81 523
İrandan "İsrail qərargahına" hücum: ABŞ konsulluğu yaxınlığında partlayış


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın Kürdüstan bölgəsində "İsrailin casusluq qərargahına" hücum edib və həmçinin Suriyada İŞİD-ə qarşı zərbələr endirib.

Ərbildə ABŞ konsulluğunun və yaşayış binalarının yaxınlığında partlayış səsləri eşidilib.

SEPAH bəyan edib ki, ballistik raketlər bölgədəki anti-İran terror qruplaşmalarının casusluq mərkəzlərini və yığıncaqlarını məhv etmək üçün istifadə edilib.

Pentaqon raket zərbələrinin heç birinin Amerika obyektinə zərər vermədiyini bildirib.

Kürdüstan Bölgəsi Təhlükəsizlik Şurası İranın İraqın Ərbil şəhərindəki hədəflərə raket zərbələri endirməsi nəticəsində 4 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını bildirib.

Kürdüstan Demokratik Partiyası bildirib ki, ballistik raket hücumu nəticəsində tanınmış kürd iş adamı olmaqla bir neçə mülki şəxs həlak olub.

ABŞ administrasiyası SEPAH-ın Ərbil şəhərinə endirdiyi zərbələri ağılsızlıq adlandırıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrien Vatsonun bəyanatında deyilir ki, onlar vəziyyəti qiymətləndirməyə davam edəcək.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya