Bizimhedef.az » texnologiya » “WhatsApp”da yenilik: Gözləmə müddəti 1 saata düşdü

“WhatsApp”da yenilik: Gözləmə müddəti 1 saata düşdü



Meta, mesajlaşma təcrübəsini təkmilləşdirmək üçün “WhatsApp” tətbiqində silinmiş mesajların gözləmə müddətini qısaltmağa hazırlaşır.

İllərdir minimum 24 saat təklif olunan bu xüsusiyyət üçün beta testində əhəmiyyətli dəyişikliklər nəzərə çarpır.

Yeni aşkarlanan ekran görüntülərinə görə, yoxa çıxan mesajlar xüsusiyyətinə iki yeni seçim əlavə olunur: 12 saat və 1 saat.

Bu yenilik sayəsində istifadəçilər artıq göndərilən mesajlarının avtomatik silinməsi üçün məcburi 24 saatlıq müddəti gözləməli olmayacaqlar./Lent.az
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya