Bizimhedef.az » idman » “Sabah” ÇL-də mübarizəyə başlayır

“Sabah” ÇL-də mübarizəyə başlayır

  • 7-07-2026, 09:45
  • idman
  • 39
“Sabah” ÇL-də mübarizəyə başlayır


Bu gün UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünə start veriləcək.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Sabah” mübarizəyə doğma meydanda başlayacaq.

Ölkə çempionu I təsnifat mərhələsinin ilk oyununda Bakıda Uelsin TNS komandasını qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Polşa Futbol Federasiyasından FIFA dərəcəli baş hakim Patrik Qritskeviç idarə edəcək.

“Sabah”ın heyətində yalnız zədəli Xəyal Əliyev bu görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Ozuestri şəhərində təşkil olunacaq. Bu cütün qalibi II raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya