Главная > dunya > Netanyahu məhkəmə orderinə baxmayaraq Macarıstana GETDİ
Netanyahu məhkəmə orderinə baxmayaraq Macarıstana GETDİ3-04-2025, 10:23. Разместил: vasya |
|
İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun həbsinə dair orderinə baxmayaraq Macarıstana səfər edib. Bu, İsrail baş nazirinin keçən il noyabrda BCM-in ona qarşı həbs qərarı çıxarmasından sonra həyata keçirdiyi ikinci xarici səfərdir. Bu barədə "The Times of Israel" qəzetinin mənbələri məlumat yayıb. Səfər zamanı Netanyahu İsrailin BCM-dən çıxacağını elan etməyi planlaşdırır. O, Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə gedib və orada bir neçə gün qalacaq. Вернуться назад |