Bizimhedef.az » dunya » Netanyahu məhkəmə orderinə baxmayaraq Macarıstana GETDİ

Netanyahu məhkəmə orderinə baxmayaraq Macarıstana GETDİ

  • 3-04-2025, 10:23
  • dunya
  • 95


İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun həbsinə dair orderinə baxmayaraq Macarıstana səfər edib. Bu, İsrail baş nazirinin keçən il noyabrda BCM-in ona qarşı həbs qərarı çıxarmasından sonra həyata keçirdiyi ikinci xarici səfərdir.

Bu barədə "The Times of Israel" qəzetinin mənbələri məlumat yayıb.

Səfər zamanı Netanyahu İsrailin BCM-dən çıxacağını elan etməyi planlaşdırır.

O, Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə gedib və orada bir neçə gün qalacaq.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya