Главная > sosial > Abid Şərifovun şirkəti “EVRASCON”un 1,3 milyon borcu var
Abid Şərifovun şirkəti “EVRASCON”un 1,3 milyon borcu var3-04-2025, 11:14. Разместил: vasya |
|
Baş nazirin sabiq müavini Abid Şərifova məxsus olduğu deyilən “Evrascon” şirkətinin dövlətə olan borcu yenidən artıb. “Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.333.869,79 AZN vergi borcu yaranıb. Şirkətin qanuni təmsilçisi və baş direktoru Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçin ölkədən çıxışına məhdudiyyət qoyulub. Qeyd edək ki, şirkətin ötən ilin sonuna kimi vergi borcu 1,1 milyona yaxın idi. Bu ilin son 3 ayında Həmzət İsmiyevin dövlətə vergi borcu 200 min manatdan çox artıb. Qeyd edək ki, “EVRASCON” Direktorlar Şurasının Sədri İsmiyev İsmayıl -Əfəndi Hacımuradoviçdir.(Qaynarinfo) Вернуться назад |