Bizimhedef.az » sosial » Abid Şərifovun şirkəti “EVRASCON”un 1,3 milyon borcu var

Abid Şərifovun şirkəti “EVRASCON”un 1,3 milyon borcu var



Baş nazirin sabiq müavini Abid Şərifova məxsus olduğu deyilən “Evrascon” şirkətinin dövlətə olan borcu yenidən artıb.

“Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.333.869,79 AZN vergi borcu yaranıb.

Şirkətin qanuni təmsilçisi və baş direktoru Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qeyd edək ki, şirkətin ötən ilin sonuna kimi vergi borcu 1,1 milyona yaxın idi. Bu ilin son 3 ayında Həmzət İsmiyevin dövlətə vergi borcu 200 min manatdan çox artıb.

Qeyd edək ki, “EVRASCON” Direktorlar Şurasının Sədri İsmiyev İsmayıl -Əfəndi Hacımuradoviçdir.(Qaynarinfo)

Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya