Главная > idman > Azərbaycanın daha 3 veteran cüdoçusu Avropa çempionu oldu
Azərbaycanın daha 3 veteran cüdoçusu Avropa çempionu oldu24-05-2025, 10:54. Разместил: vasya |
![]() Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisi uğurlu çıxış edib. “Qafqazinfo” xəbər verir ki, təmsilçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıblar. M-4 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq), Vaqif Kərimov (-73 kq) və Emil Hüseynov (-100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar. M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (-81 kq) üçüncü yeri tutub. Xatırladaq ki, turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, -90 kq) də qızıl medala sahib olmuşdu. Hazırda yığma komandamız 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb. Вернуться назад |