Bizimhedef.az » idman » Azərbaycanın daha 3 veteran cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın daha 3 veteran cüdoçusu Avropa çempionu oldu

  • 24-05-2025, 10:54
  • idman
  • 84
Azərbaycanın daha 3 veteran cüdoçusu Avropa çempionu oldu


Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisi uğurlu çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, təmsilçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıblar.

M-4 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq), Vaqif Kərimov (-73 kq) və Emil Hüseynov (-100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar. M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (-81 kq) üçüncü yeri tutub.

Xatırladaq ki, turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, -90 kq) də qızıl medala sahib olmuşdu.

Hazırda yığma komandamız 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya