Главная > hadise > Sakinlərinə NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Sakinlərinə NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ6-08-2025, 09:26. Разместил: vasif |
|
Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bəzi hissələrində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsində 6 avqust tarixində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 08:00-dan 15:00-dək qəsəbənin Hacı Mövlan bağları yaşayış massivi, Hacı Aslan Aslanov küçəsi, Suçular məhəlləsi, İbo marketin ətrafı, Güney Azərbaycan küçəsinin bir hissəsi, Şüvəlan 16, Çöl Şüvəlan-Mərdəkan 53 adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Вернуться назад |