Bizimhedef.az » hadise » Sakinlərinə NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

Sakinlərinə NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ



Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bəzi hissələrində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsində 6 avqust tarixində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 08:00-dan 15:00-dək qəsəbənin Hacı Mövlan bağları yaşayış massivi, Hacı Aslan Aslanov küçəsi, Suçular məhəlləsi, İbo marketin ətrafı, Güney Azərbaycan küçəsinin bir hissəsi, Şüvəlan 16, Çöl Şüvəlan-Mərdəkan 53 adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya