Главная > dunya > Şahbaz Şərif: Ordumuzun hərbi gücü və Hindistanı diz çökməyə məcbur etdi
Şahbaz Şərif: Ordumuzun hərbi gücü və Hindistanı diz çökməyə məcbur etdi14-08-2025, 09:59. Разместил: vasif |
![]() Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi. Bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkənin müstəqilliyinin 78-ci ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edib. "Millət olaraq biz bu illər ərzində çoxsaylı çətin sınaqlarla üzləşdik, lakin bütün sahələrdə mühüm uğurlar və nailiyyətlər əldə etməyi bacardıq", - deyən baş nazir Hindistanla yaşanan gərginlik zamanı əldə olunan qələbənin milli ruh yüksəkliyindən qaynaqlandığını bildirib. Bu ruh yüksəkliyinin Müstəqillik Gününə xüsusi önəm qatdığını vurğulayan Şahbaz Şərif: "Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi. Biz azadlığımız uğrunda canlarından keçmiş şəhidlərimizi ehtiramla yad edir, axirətdə məqamlarının uca olmasını diləyirik", - deyə qeyd edib. Baş nazir Pakistanın regional və qlobal problemlərin dialoq və diplomatiya yolu ilə həllinə olan inancını bir daha xatırladaraq Hindistanın da bütün mübahisələrin, o cümlədən Cammu və Kəşmir məsələsinin həlli üçün eyni iradəni nümayiş etdirməli olduğunu bildirib. Xatırladaq ki, 14 avqust Pakistanda Müstəqillik Günü kimi qeyd olunur. Вернуться назад |