Bizimhedef.az » dunya » Şahbaz Şərif: Ordumuzun hərbi gücü və Hindistanı diz çökməyə məcbur etdi

Şahbaz Şərif: Ordumuzun hərbi gücü və Hindistanı diz çökməyə məcbur etdi

  • 14-08-2025, 09:59
  • dunya
  • 70
Şahbaz Şərif: Ordumuzun hərbi gücü və Hindistanı diz çökməyə məcbur etdi



Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi.

Bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkənin müstəqilliyinin 78-ci ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edib.

"Millət olaraq biz bu illər ərzində çoxsaylı çətin sınaqlarla üzləşdik, lakin bütün sahələrdə mühüm uğurlar və nailiyyətlər əldə etməyi bacardıq", - deyən baş nazir Hindistanla yaşanan gərginlik zamanı əldə olunan qələbənin milli ruh yüksəkliyindən qaynaqlandığını bildirib.

Bu ruh yüksəkliyinin Müstəqillik Gününə xüsusi önəm qatdığını vurğulayan Şahbaz Şərif: "Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi. Biz azadlığımız uğrunda canlarından keçmiş şəhidlərimizi ehtiramla yad edir, axirətdə məqamlarının uca olmasını diləyirik", - deyə qeyd edib.

Baş nazir Pakistanın regional və qlobal problemlərin dialoq və diplomatiya yolu ilə həllinə olan inancını bir daha xatırladaraq Hindistanın da bütün mübahisələrin, o cümlədən Cammu və Kəşmir məsələsinin həlli üçün eyni iradəni nümayiş etdirməli olduğunu bildirib.

Xatırladaq ki, 14 avqust Pakistanda Müstəqillik Günü kimi qeyd olunur.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya