Главная > idman > “Hələ də şansımız var” - “Ferentsvaroş”un prezidenti
“Hələ də şansımız var” - “Ferentsvaroş”un prezidenti26-08-2025, 13:27. Разместил: vasif |
![]() UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı oyundan əvvəl “Ferentsvaroş”un prezidenti Qabor Kubatov sosial şəbəkə hesabında paylaşım edib. “O futbolçularından qeyri-adi performans göstərmələrini istəyib. Klub rəhbəri rəsmi feysbuk səhifəsində bu sözləri yazıb: “Hələ də özümüzü sübut etmək şansımız var. Hər bir oyunçudan qeyri-adi, super-qəhrəman kimi performans tələb olunur. Ancaq onda irəliləmək şansımız olacaq”. Xatırladaq ki, ilk görüşdə “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. Cavab oyunu sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Вернуться назад |