Bizimhedef.az » idman » “Hələ də şansımız var” - “Ferentsvaroş”un prezidenti

“Hələ də şansımız var” - “Ferentsvaroş”un prezidenti

  • 26-08-2025, 13:27
  • idman
  • 42
“Hələ də şansımız var” - “Ferentsvaroş”un prezidenti


UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı oyundan əvvəl “Ferentsvaroş”un prezidenti Qabor Kubatov sosial şəbəkə hesabında paylaşım edib.

“O futbolçularından qeyri-adi performans göstərmələrini istəyib.

Klub rəhbəri rəsmi feysbuk səhifəsində bu sözləri yazıb: “Hələ də özümüzü sübut etmək şansımız var. Hər bir oyunçudan qeyri-adi, super-qəhrəman kimi performans tələb olunur. Ancaq onda irəliləmək şansımız olacaq”.

Xatırladaq ki, ilk görüşdə “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. Cavab oyunu sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya