Главная > dunya > Kiyevdə matəm elan edildi
Kiyevdə matəm elan edildi29-08-2025, 11:03. Разместил: vasif |
![]() Avqustun 29-u Ukraynanın paytaxtı Kiyevdə və ümumilikdə Kiyev vilayətində matəm günü elan edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşıb. Bildirilib ki, bu gün avqustun 28-nə keçən gecə Rusiya ordusu tərəfindən paytaxta edilən kütləvi hücumunun qurbanları ilə bağlı matəm günü elan olunub. “Rusiya tərəfindən endirilən zərbə nəticəsində azı 23 nəfər, o cümlədən 4 uşaq həlak olub. Onlarla insan, aralarında uşaqlar da olmaqla, yaralanıb. Bir neçə nəfər itkin düşmüş hesab olunur. Kiyevin bir çox rayonlarında pəncərələr sındırılıb, infrastruktur dağıdılıb. Ümumilikdə 200-dən çox bina zərər görüb. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Rusiya hər qəddarcasına yarımçıq qoyulan həyata görə cavab verməlidir”, - məlumatda bildirilib. Вернуться назад |