Bizimhedef.az » dunya » Kiyevdə matəm elan edildi

Kiyevdə matəm elan edildi

  • 29-08-2025, 11:03
  • dunya
  • 78
Kiyevdə matəm elan edildi


Avqustun 29-u Ukraynanın paytaxtı Kiyevdə və ümumilikdə Kiyev vilayətində matəm günü elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşıb.

Bildirilib ki, bu gün avqustun 28-nə keçən gecə Rusiya ordusu tərəfindən paytaxta edilən kütləvi hücumunun qurbanları ilə bağlı matəm günü elan olunub.

“Rusiya tərəfindən endirilən zərbə nəticəsində azı 23 nəfər, o cümlədən 4 uşaq həlak olub. Onlarla insan, aralarında uşaqlar da olmaqla, yaralanıb. Bir neçə nəfər itkin düşmüş hesab olunur. Kiyevin bir çox rayonlarında pəncərələr sındırılıb, infrastruktur dağıdılıb. Ümumilikdə 200-dən çox bina zərər görüb. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Rusiya hər qəddarcasına yarımçıq qoyulan həyata görə cavab verməlidir”, - məlumatda bildirilib.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya