Главная > siyaset > Baş prokuror rəsmən açıqladı: AMEA-nın işi araşdırılır
Baş prokuror rəsmən açıqladı: AMEA-nın işi araşdırılır1-10-2025, 15:30. Разместил: vasif |
|
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır. Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb: "Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik". Вернуться назад |