Baş prokuror rəsmən açıqladı: AMEA-nın işi araşdırılır
- 1-10-2025, 15:30
- siyaset
- 96
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.
Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:
"Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik".


































