Главная > dunya > Tramp: İstəsəm İsrail iki dəqiqəyə ora girər
Tramp: İstəsəm İsrail iki dəqiqəyə ora girər21-10-2025, 11:04. Разместил: vasif |
![]() "İlk dəfə Yaxın Şərqdə sülh var. Biz HƏMAS-la razılaşdıq. Amma bu razılaşmaya əməl etməsələr, gedib onları aradan qaldıracağıq". Bunu ABŞ Prezidenti Donald Tramp deyib. ABŞ əsgərlərinin Qəzzada olmayacağını vurğulayan Tramp bildirib ki, buna ehtiyac yoxdur: “Biz müharibələri başladan deyil, bitirən bir ölkəyik. Hazırda Yaxın Şərqdə atəşkəsi qorumaq üçün diplomatiya aparırıq”. O əlavə edib ki, Qəzzada atəşkəsi təmin edilməsi ilə bağlı müqaviləni 59 ölkə imzalayıb. “Hamısı eyni tərəfdədir. Dörd ay əvvəl bir-biri ilə danışmayan ölkələr indi eyni masa arxasındadır. Bunu heç kim gözləmirdi. Silahların deyil, razılaşmaların öz sözünü dediyi bir dövr başlayıb”, -Tramp qeyd eib. O əlavə edib ki, HƏMAS-ın İrandan aldığı dəstək bitdi. İsrailin lazım gələrsə Qəzzaya hücumlarını yenidən başlaya biləcəyini ifadə edən Tramp deyib ki, İsrail iki dəqiqəyə ora girə bilər: “Əgər ora getmələrini istəsəm”. Вернуться назад |