Bizimhedef.az » dunya » Tramp: İstəsəm İsrail iki dəqiqəyə ora girər

Tramp: İstəsəm İsrail iki dəqiqəyə ora girər

  • 21-10-2025, 11:04
  • dunya
  • 66
Tramp: İstəsəm İsrail iki dəqiqəyə ora girər


"İlk dəfə Yaxın Şərqdə sülh var. Biz HƏMAS-la razılaşdıq. Amma bu razılaşmaya əməl etməsələr, gedib onları aradan qaldıracağıq".

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ əsgərlərinin Qəzzada olmayacağını vurğulayan Tramp bildirib ki, buna ehtiyac yoxdur: “Biz müharibələri başladan deyil, bitirən bir ölkəyik. Hazırda Yaxın Şərqdə atəşkəsi qorumaq üçün diplomatiya aparırıq”.

O əlavə edib ki, Qəzzada atəşkəsi təmin edilməsi ilə bağlı müqaviləni 59 ölkə imzalayıb. “Hamısı eyni tərəfdədir. Dörd ay əvvəl bir-biri ilə danışmayan ölkələr indi eyni masa arxasındadır. Bunu heç kim gözləmirdi. Silahların deyil, razılaşmaların öz sözünü dediyi bir dövr başlayıb”, -Tramp qeyd eib.

O əlavə edib ki, HƏMAS-ın İrandan aldığı dəstək bitdi.
İsrailin lazım gələrsə Qəzzaya hücumlarını yenidən başlaya biləcəyini ifadə edən Tramp deyib ki, İsrail iki dəqiqəyə ora girə bilər: “Əgər ora getmələrini istəsəm”.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya