Главная > dunya > Epşteyn işi üzrə yeni araşdırma başlayır
Epşteyn işi üzrə yeni araşdırma başlayır22-12-2025, 09:37. Разместил: vasif |
![]() ABŞ-nin baş prokuroru Pem Bondi maliyyəçi Ceffri Epşteynin əməllərindən zərər çəkmiş şəxsləri hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb. Bu barədə Pem Bondi RİA Novosti-yə açıqlamasında bildirib. “Biz artıq çoxsaylı zərərçəkənlərlə görüşmüşük. Zəhmət olmasa, mənimlə, baş prokurorun müavini Blanşla və ya FTB ilə əlaqə saxlayın və biz dərhal araşdırmaya başlayacağıq”, - Bondi vurğulayıb. Onun sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə əlaqəli olan bütün şəxslərə qarşı ittiham irəli sürəcək. Qeyd edək ki, dekabrın 20-də ABŞ Federal Təhqiqat Bürosu Ceffri Epşteyn işi ilə bağlı yeni materialları açıqlayıb.(Teleqraf) Вернуться назад |