Bizimhedef.az » dunya » Epşteyn işi üzrə yeni araşdırma başlayır

Epşteyn işi üzrə yeni araşdırma başlayır

  • 22-12-2025, 09:37
  • dunya
  • 81
Epşteyn işi üzrə yeni araşdırma başlayır


ABŞ-nin baş prokuroru Pem Bondi maliyyəçi Ceffri Epşteynin əməllərindən zərər çəkmiş şəxsləri hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.

Bu barədə Pem Bondi RİA Novosti-yə açıqlamasında bildirib.

“Biz artıq çoxsaylı zərərçəkənlərlə görüşmüşük. Zəhmət olmasa, mənimlə, baş prokurorun müavini Blanşla və ya FTB ilə əlaqə saxlayın və biz dərhal araşdırmaya başlayacağıq”, - Bondi vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə əlaqəli olan bütün şəxslərə qarşı ittiham irəli sürəcək.

Qeyd edək ki, dekabrın 20-də ABŞ Federal Təhqiqat Bürosu Ceffri Epşteyn işi ilə bağlı yeni materialları açıqlayıb.(Teleqraf)
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya