Главная > hadise > Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldıСегодня, 11:18. Разместил: vasya |
![]() Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red.) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb. “Qafqazinfo” məlumatına görə, general 10 il 6 aylıq həbs müddətini günə-gün başa vurub. O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib. Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib. Вернуться назад |