Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
- Сегодня, 11:18
- hadise
- 11

Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red.) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb.
“Qafqazinfo” məlumatına görə, general 10 il 6 aylıq həbs müddətini günə-gün başa vurub.
O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib.
Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib.



%20(1).jpg)































