Главная > dunya > İrəvan məhkəməsi Rusiyanın adamının həbs müddətini uzatdı
İrəvan məhkəməsi Rusiyanın adamının həbs müddətini uzatdı15-08-2025, 10:20. Разместил: vasif |
|
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi təxminən 10 saat davam edən dinləmədən sonra Rusiyanın adamı Samvel Karapetyanın ilkin həbsinin 2 ay müddətinə uzadılmasına qərar verib. Rusiya mətbuatı xəbər verir ki, məlumatı jurnalistlərə onun vəkili Aram Vardevanyan verib. Vəkil Karapetyana qarşı ittihamları əsassız və siyasi adlandırıb: “Təəssüf ki, məhkəmə Samvel Karapetyanın həbs müddətini 2 ay uzadıb”. Вернуться назад |