İrəvan məhkəməsi Rusiyanın adamının həbs müddətini uzatdı
- 15-08-2025, 10:20
- dunya
- 89
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi təxminən 10 saat davam edən dinləmədən sonra Rusiyanın adamı Samvel Karapetyanın ilkin həbsinin 2 ay müddətinə uzadılmasına qərar verib.
Rusiya mətbuatı xəbər verir ki, məlumatı jurnalistlərə onun vəkili Aram Vardevanyan verib.
Vəkil Karapetyana qarşı ittihamları əsassız və siyasi adlandırıb: “Təəssüf ki, məhkəmə Samvel Karapetyanın həbs müddətini 2 ay uzadıb”.






























