Главная > dunya > İrana qarşı əməliyyatda 400-ə yaxın amerikalı hərbçi yaralanıb
İrana qarşı əməliyyatda 400-ə yaxın amerikalı hərbçi yaralanıb7-04-2026, 10:35. Разместил: vasif |
![]() Fevralın 28-dən bu yana İrana qarşı hərbi əməliyyatlar zamanı 370-dən çox ABŞ hərbçisi yaralanıb. “Bu barədə “CBS News” ABŞ Mərkəzi Komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb. Telekanalın həmsöhbəti onlardan təxminən 330 nəfərinin artıq xidməti vəzifələrinin icrasına qayıtdığını, 5 nəfərin isə ağır yaralı olduğunu bildirib. Qeyd edək ki, Pentaqonun aprelin 4-ü açıqladığı ən son məlumatlara görə, İrana qarşı “Epik qəzəb” əməliyyatının başlamasından indiyədək 13 ABŞ hərbçisi həlak olub. Həyatını itirən hərbçilərdən 6-sı quru qoşunlarında, 7-si isə hərbi hava qüvvələrində xidmət edib. Вернуться назад |