Bizimhedef.az » dunya » İrana qarşı əməliyyatda 400-ə yaxın amerikalı hərbçi yaralanıb

İrana qarşı əməliyyatda 400-ə yaxın amerikalı hərbçi yaralanıb

  • 7-04-2026, 10:35
  • dunya
  • 24
İrana qarşı əməliyyatda 400-ə yaxın amerikalı hərbçi yaralanıb


Fevralın 28-dən bu yana İrana qarşı hərbi əməliyyatlar zamanı 370-dən çox ABŞ hərbçisi yaralanıb.

“Bu barədə “CBS News” ABŞ Mərkəzi Komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbəti onlardan təxminən 330 nəfərinin artıq xidməti vəzifələrinin icrasına qayıtdığını, 5 nəfərin isə ağır yaralı olduğunu bildirib.

Qeyd edək ki, Pentaqonun aprelin 4-ü açıqladığı ən son məlumatlara görə, İrana qarşı “Epik qəzəb” əməliyyatının başlamasından indiyədək 13 ABŞ hərbçisi həlak olub. Həyatını itirən hərbçilərdən 6-sı quru qoşunlarında, 7-si isə hərbi hava qüvvələrində xidmət edib.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya