Bizimhedef.az » hadise » İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA

İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA



Ötən gün İranın yaxınlığına dron zərbəsi endirdiyi Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çingiz Babayev adına Şəkərabad kənd tam orta məktəbində tədris tam bərpa olunub.

Bu barədə təhsil ocağından məlumat verib.

Qeyd olunub ki, martın 6-da bütün şagirdlər məktəbə gəlib, pedoqoji heyət də iş başındadır.

“Bu gün məktəbdə yüksək davamiyyət qeydə alınıb”, - Şəkərabad kənd tam orta məktəbindən bildirilib.

Məlumata görə, dünən İranın dron hücumu zamanı pilotsuz uçuş aparatlarından biri məktəbin yaxınlığına düşsə də, hər hansı dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 4 nəfər xəsarət alıb./Yeni Sabah
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya