Bizimhedef.az » siyaset » İlham Əliyev və Antonio Koşta Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar

İlham Əliyev və Antonio Koşta Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar

İlham Əliyev və Antonio Koşta Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Şurasının Prezidenti Antonio Koşta ayırıcı xətlərdən azad, dinc, sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədi bir daha təsdiqləyərək, regionda baş verən son müsbət hadisələri, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar.

Bu, Prezident İlham Əliyevlə Antonio Koştanın birgə mətbuat bəyanatında yer alıb.

Prezidentlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımları yüksək qiymətləndiriblər. Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqləyib.

Prezidentlər Azərbaycanın münaqişədən sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma və inkişaf səylərini vurğulayıblar. Çətinliklərin, xüsusilə də mina ilə çirklənmənin miqyasını qeyd edərək, onlar Avropa İttifaqının humanitar minatəmizləmə sahəsində aparıcı beynəlxalq donor olduğunu vurğulayıb, beynəlxalq dəstəyin artırılmasına çağırış ediblər.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya