Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
- Сегодня, 12:48
- hadise
- 2
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.


































