Bizimhedef.az » dunya » İran ABŞ bazalarını hədəf aldı

İran ABŞ bazalarını hədəf aldı

  • Сегодня, 09:16
  • dunya
  • 19
İran ABŞ bazalarını hədəf aldı


İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi hədəflərə zərbələr endirməsindən sonra bölgədə yerləşən ABŞ hərbi bazalarına raket hücumları təşkil edildiyini açıqlayıb.

ABŞ ordusunun Sirik və Qəşm adalarına hücumundan sonra cavab tədbirləri görüldüyü bildirilib.

“ABŞ ordusunun Sirik və Qəşm adalarına hücumundan sonra düşmənin bölgədəki bazaları Aerokosmik Qüvvələrimizin raketləri ilə hədəfə alınıb”, – deyə açıqlamada qeyd olunub.

SEPAH qarşıdurmanın gedişi ilə bağlı əlavə məlumat da yayıb. Bildirilib ki, yerli vaxtla saat 01:30 radələrində dörd neft tankeri icazəsiz şəkildə Hörmüz boğazından keçməyə cəhd edib. Məlumata görə, tankerlərdən biri hədəfə alınıb.

Qeyd olunub ki, yerli vaxtla saat 02:00-da ABŞ qüvvələri İranın Sirik və Qəşm adalarında yerləşən iki rabitə qülləsinə raket zərbələri endirib.

SEPAH bundan sonra ABŞ-nin Küveytdə yerləşən Əli əl-Salem aviabazasını və Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahını hədəfə aldığını bəyan edib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya