Bizimhedef.az » siyaset » Diplomatlar, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri Gəncədədir

Diplomatlar, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri Gəncədədir

  • 12-10-2020, 13:09
  • siyaset
  • 267 882
Diplomatlar, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri Gəncədədir


Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncə şəhərinə səfərə gediblər.
"Ölkə.Az" xəbər verir ki, onlarıAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktybarın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 9 dinc sakin həlak olub, 35 nəfər yaralanıb.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya