» » Bakı şəhəri uşaq nevroloji xəstəxanasında pul dəyişmə məntəqəsi varmı?

Bakı şəhəri uşaq nevroloji xəstəxanasında pul dəyişmə məntəqəsi varmı?

  • 20-07-2023, 11:57
  • sosial
  • 1 097 766
Bakı şəhəri uşaq nevroloji xəstəxanasında pul dəyişmə məntəqəsi varmı?


Redaksiyamıza daxil olan məlumatı araşdırmaq üçün əməkdaşlarla bir yerdə Yasamal rayonu ərazisində yerləşən Bakı şəhəri uşaq nevroloji xəstəxanasında olduq. İnsafən desək hər şey səliqəli-təmiz olsada bəzi nüansları görən kimi faktların doğru olduğuna zərrə qədər şübhəmiz qalmadı. Adı tibbi icbari sığorta olsada açıq bazar təssüratı ilə qarşılaşdıq. Valideynlər öz övladlarının xatirinə həkimlərin qəbuluna düşmək üçün bir az tərləməli olurlar. Sanki bura açıq bazardı və Baş həkimdə Bazarkom vəzifəsini icra edir. Hələ bu az imiş kimi Baş Həkimin otağının qarşısında katibəlik işlərini yerinə yetirən bir dolu xanım pul dəyişmə-xırdalama funksiyasını can-başla həyata keçirirdi. Valideynlər ona yaxınlaşaraq bütöv pullarını xırdalatdırıb lazımi həkimlərə nə qədər verəcəklərini öncədən müəyyənləşdirirdilər. Bütün olanları qeydiyyata alaraq bizə verilən faktların dogru olduğunu öz gözlərimizlə gördük. Əlahəzrət fakt öz təsdiqini tapmışdı.Baş həkimlə əlaqə saxlayıb bir arəşdırma aparmaq istəsəkdə Baş həkim-Səadət xanım daş atıb başını tutdu. Son olaraq bizdə qarşı tərəfində mövqeyini dərc etməyə,mövqeyini bildirməyə hazırıq və araşdırmaçı-tənqidçi KİV-RƏHBƏRİ kimi araşdırmalarımızı davam etdirərək bu mövzunu daim diqqət mərkəzində saxlayacaqıq. Ardı var...Video faktlarla növbəti sayımızda...
Oxşar xəbərlər
«    Февраль 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
2425262728 

Texnologiya