» » Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır

  • 6-03-2023, 00:33
  • siyaset
  • 1 949 670
Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox  çirkləndirilmiş ölkələr arasındadır





Vətən müharibəsinin başa çatmasından 2 ildən çox vaxt ötməsinə baxmayaraq, Qarabağın minalanmış ərazilərində ölən və yaralananların artan statistikasını izləməli oluruq. Azərbaycan Ordusu Ermənistan silahlı qoşunlarını torpaqlarımızdan çıxarsa da, qarşı tərəf öz mənfur əməllərini bu yolla davam etdirir. İşğalçı Ermənistan 30 illik işğal dövründə müharibə cinayətlərinin miqyasını gündən-günə artırmış, Azərbaycan xalqına məxsus bütün mədəni, dini, tarixi və hətta coğrafi abidələri tamamilə məhv etmişdir. Həmin ərazilərdəki 80-dən çox məscid və kilsə dağıdılmış, məscidlərdə donuz və mal-qara saxlanılmışdır. Təmas xəttinə yaxın ərazilərdə yaşayan Azərbaycan əhalisi su mənbələrindən məhrum edilmiş, meşələr qırılmış, təbii sərvətlər talan olunmuşdur. İşğal altında olan ərazilərdəki bütün şəhər, kənd və qəsəbələr və infrastruktur tam dağıdılmış, sökülərək daşınmışdır.
Ermənistan işğalçı qüvvələrinin törətdiyi ən böyük müharibə cinayətlərindən biri də işğal altındakı ərazilərdə piyada və tank əleyhinə minaların yerləşdirilməsidir. Otuz ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə istifadə edilməyən bütün sahələr minalanmışdır. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Bugün 10 min kvadratkilometrdən artıq ərazidə ciddi mina təhlükəsi var. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə başlanılıb. Minatəmizlənmə əməliyyatlarına əsasən infrastrukturun bərpasına xidmət edən ərazilərdən başlanılıb. Yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri, yollar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir.
Məzarlıqların, insanların müqəddəs yerlərinin, eyni zamanda, mədəni-tarixi abidələrə gedən yolların, bu yerlərin ətrafının, az sayda dağıdılmamış evlərin və həyətyanı sahələrinin minalanması, o cümlədən, tələ minaları ilə kütləvi şəkildə çirkləndirilməsi insanlığa qarşı törədilmiş cinayətdir. 1999-cu il Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Həmçinin, Konvensiyaya görə, əraziləri minalamış tərəf müharibə bitdikdən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə verməyə borcludur. Azərbaycan tərəfinin məsələni bir çox beynəlxalq platformalarda və yüksək səviyyəli təmaslarda dəfələrlə qaldırmasından sonra müxtəlif təzyiqlərin nəticəsi olaraq Ermənistan mina xəritələrini ölkəmizə təqdim etdi. Lakin təqdim edilən mina xəritələrinin dəqiqliyi cəmi 20-25 faiz oldu. Bütün bunlar Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və konvensiyalara zidd fəaliyyətini göstərir.
Cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə bir çox mövzular haqqında çıxış edən Prezident cənab İlham Əliyevin toxunduğu məsələlərdən biri də məhz müharibədən sonra Ermənistanın hərbi cinayətləri haqqında olmuşdur. Ölkə başçısı qeyd etmişdir ki, “Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır.
Bu gün Azərbaycan Ermənistanın 30 ildə dağıdıb məhv etdiyi yaşayış məntəqələrini heç bir xarici dəstək almadan öz gücü ilə bərpa edir. O cümlədən, minalanmış ərazilərin təmizlənməsi işini də öz gücü ilə görür. Ölkə Prezidenti, cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işi fasiləsiz olaraq davam etdirilir.



Emin Mirzəyev,
Salyan rayonu Qızılağac kəndi, fermer
Oxşar xəbərlər
«    Декабрь 2024    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Texnologiya