Bizimhedef.az » idman » "Qarabağ"ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşir

"Qarabağ"ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşir

  • 14-06-2022, 09:46
  • idman
  • 219 319
"Qarabağ"ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşir


Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi bəlli olacaq.

Komandalar püşkdən əvvəl qruplara bölünüb.

Səpələnmişlər səbətində yer alan "köhlən atlar" Bosniya və Herseqovinanın "Zrinski", Polşanın "Lex", Maltanın "Hibernians", Şimali Makedoniyanın "Şkupi" və Gürcüstanın "Dinamo" (Batumi) komandalarından birinə rəqib olacaq.

1-ci qrup
Səpələnmişlər
"Lüdoqorets" (Bolqarıstan)
ÇFR (Rumıniya)
"Ferentsvaroş" (Macarıstan)
"Maribor" (Sloveniya)
"Düdelanj" (Lüksemburq)

Səpələnməmişlər
"Sutyeska" (Monteneqro)
"Şaxtyor" (Soliqorsk, Belarus)
"Tobol" (Qazaxıstan)
"Pünik" (Ermənistan)
"Tirana" (Albaniya)

2-ci qrup
Səpələnmişlər
"Malmö” (İsveç)
"Budye Qlimt" (Norveç)
HIK (Finlandiya
TNS (Uels)
"Jalgiris" (Litva)

Səpələnməmişlər
“Linfild” (Şimali İrlandiya)
"Klasksvik" (Farer adaları)
İlkin mərhələnin qalibi
RFŞ (Latviya)
"Balikani" (Kosovo)

3-cü qrup
Səpələnmişlər
"Qarabağ" (Azərbaycan)
"Şerif" (Moldova)
"Slovan" (Bratislava, Slovakiya)
“Linkoln” (Cəbəllütariq)
"Şemrok Rovers" (İrlandiya)

Səpələnməmişlər
"Zrinski" (Bosniya və Herseqovina)
"Lex" (Polşa)
"Hibernians" (Malta)
"Şkupi" (Şimali Makedoniya)
"Dinamo" (Batumi, Gürcüstan).
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya