» » ABŞ hökuməti hesabat hazırladıb: Süni intellekt bəşəriyyəti yox edə bilər

ABŞ hökuməti hesabat hazırladıb: Süni intellekt bəşəriyyəti yox edə bilər

ABŞ hökuməti hesabat hazırladıb: Süni intellekt bəşəriyyəti yox edə bilər


ABŞ hökumətinin tapşırığı ilə süni intellekt (AI) riskləri ilə bağlı geniş hesabat hazırlanıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu sənəddə qarşıdakı illərdə süni intellektin inkişafının bəşəriyyətin məhvinə səbəb ola biləcəyi vurğulanıb. Mütəxəssislər, həmçinin həmin risklərin qarşısının alınması yollarını da göstəriblər.

Texnologiya mütəxəssisləri 273 səhifəlik “Süni intellektin inkişafının riskləri və təhlükəsizliyin gücləndirilməsi üzrə Fəaliyyət Planı” adlı hesabatın üzərində bir il çalışıblar. Onlar “OpenAI”, “Google DeepMind”, “Meta” kimi texnologiya nəhənglərinin 200-dən çox nümayəndəsi ilə görüşlər keçiriblər. Nəticədə, ortaya qaranlıq bir mənzərə çıxıb.

“Gladstone AI” şirkəti tərəfindən hazırlanan hesabatda qeyd olunub ki, ABŞ hökuməti süni intellektin yaratdığı milli təhlükəsizlik risklərinə qarşı dərhal hərəkət etməlidir. Bu məqsədlə Konqresin süni intellekt proqramlarının daha çox inkişafına məhdudiyyət qoyması, texnologiya şirkətləri arasında bu sahədə yarışın yumşaldılması tövsiyə edilir.

Hesabatda bildirilir ki, süni intellekt təkcə sosial-iqtisadi sahəyə deyil, həm də təhlükəsizlik məsələlərinə ciddi təsir göstərəcək. Onun vasitəsilə təkcə quruda, havada və suda deyil, həmçinin kosmosda da dağıdıcı silahların təkmilləşdirilməsi və istifadəsi həyata keçirilə bilər. Bundan başqa, robot texnologiyası və yeni süni intellekt proqramları dövlət qurumları, hökumət strukturları, maliyyə institutları və təhlükəsizlik orqanlarının fəaliyyətini də iflic etmək qabiliyyətinə malik olacaq.

Süni intellektin “atası” kimi tanınan Cefri Hinton da “Google” firmasında öz vəzifəsindən istefa verərkən bildirmişdi ki, AI qarşıdakı 30 il ərzində 10 faizlik ehtimalla bəşəriyyətin məhvinə yol aça bilər. Sonra bir qrup allim də bəyanat yayıb. Onlar bildiriblər ki, “süni intellektin bəşəriyyəti məhv etməsi riskini azaltmaq qlobal prioritet məsələ olmalıdır”.
Oxşar xəbərlər
«    Апрель 2024    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya